SON XƏBƏR

Fransada "sarı jiletlilər”in yeni aksiyası başladı

Yanvar 05
15:52 2019
Fransanın paytaxtı Paris şəhərində onlarla sarı jiletli insan razılaşdırılmış etiraz aksiyasında iştirak etmək üçün Yelisey çölü prospektinə toplaşıb.
 
"Report” xəbər verir ki, hakimiyyətlə yanvarın 5-də paytaxtda iki etiraz aksiyasının keçirilməsi razılaşdırılıb. Onlardan biri Fransa parlamentinin binasının qarşısında, o biri isə Yelisey çölündə başa çatacaq. Aksiya yerli vaxtla saat 17.00-dək (Bakı vaxtı ilə saat 20-dək) davam edəcək.
 
Hazırda ölkənin Marsel, Ruane və bir sıra şəhərlərində mitinq keçirilir.
 
Qeyd edək ki, noyabrın 17-də Fransada avtomobil yanacaqlarının qiymətinin bahalaşmasına qarşı "sarı jiletlilər”in aksiyası başlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook