SON XƏBƏR

Fransada fövqəladə vəziyyət ləğv olunur

İyul 05
00:32 2017
Fransada fövqəladə vəziyyətin noyabrın 1-dən ləğv edilməsi nəzərdə tutulur.
 
Trend-in məlumatına görə, bu barədə Fransanın baş naziri Eduar Filipp parlamentin aşağı palatasında çıxışı zamanı bildirib.
 
O deyib: "Respublika prezidenti ən uzağı noyabrın 1-ə qədər ölkədə fövqəladə vəziyyət rejiminin ləğvi ilə bağlı plan hazırlamağı tələb edib".
 
Daha öncə Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makron da ölkədə fövqəladə vəziyyətin payızda ləğv ediləcəyi barədə bildirmişdi.
 
Qeyd edək ki, Fransada fövqəladə vəziyyət Nazirlər Kabinetinin qərarı ilə 2015-ci ildən qüvvədədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook