SON XƏBƏR

Fransa Suriyada erməni taboru qurdu

May 11
01:23 2020
Fransa Suriyanın Hasekə bölgəsində erməni könüllülərindən ibarət tabor yaradıb.

Qaynarinfo xəbər verir ki, bu iddia ilə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy çıxış edib. O, 45 nəfərdən ibarət qurulan taborun "Kalaşnikov” avtomatları və 4 ədəd tankla təchiz edildiyini deyib:
 
"Taborun ASO və Türkiyə hərbçilərinin təmas xətti yaxınlığında qurulması da onların niyyətindən xəbər verir. Yaxın vaxtlarda onların sayının 100-ə çatdırılacağı bildirilir. Hələlik heç bir fəaliyyətə qatılmayan erməni taborunun təlimləri PKK-ya aid düşərgələrdə keçirilir. Taborun 2019-cu ilin aprelin 24-də qurulan və PKK-ya bağlı olan "Nubar Ozanyan” adlı erməni alayına qatılacağı məlumatını da almışıq”, - Gülbəy bildirib.

Gülbəy Hasekə bölgəsində Fransanın 200 hərbçisinin də olduğunu əlavə edib:

"Fransa Suriyadakı fəaliyyətini PKK-nın işğal etdiyi bölgələrdə yerləşdirdiyi 200 hərbçi ilə davam etdirir. Hasekənin cənubundakı Mesakin Cibse, Ömər neft quyuları, Ət-Tanek neft quyuları və Rakkanın şimalındakı şəkər fabrikləri Fransa hərbçilərinin olduğu yerdədir. Bu məsələdə ölkəmiz vacib addımlar atmalı və 2019-cu ildən bəri böyüdülmək istənilən erməni terror təşkilatı ASALA zehniyyətli bu qurumlara müdaxilə etməlidir”.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook