SON XƏBƏR

Fransa Suriya ilə bağlı hədəflərini açıqlayıb

Aprel 14
11:36 2018
Prezident Emmanuel Makron Fransa qoşunlarına ABŞ və Böyük Britaniya ilə birgə Suriyaya zərbə endirmək barədə göstəriş verib.
 
"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
 
"Bizim əməliyyatlar Suriya hökumətinə kimyəvi silah yaratmaq və ondan istifadə etmək imkanı verən obyektlərə zərbə endirməklə məhdudlaşacaq", — deyə kommünikedə bildirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook