Fransa siyasətçilərindən Prezident Fransua Ollanda yeni müraciət: “Ermənistanı beynəlxalq hüququn müddəlarına əməl etməyə məcbur edin”
Aprel 19
13:15
2016
Aprel
ayının əvvələrində işğalçı erməni qoşunlarının cəbhənin bütün təmas xətti
boyunca törətdikləri təxribat dünyanın hər tərəfində əks-səda doğurdu və ermənilərin regionda və bütün dünyada sülhə və sabitliyə
təhlükə yaradan hərəkətləri qətiyyətlə pislənildi. Bu sırada Fransa
senatorları, deputatları və ictimai xadimləri də Azərbycanın haqlı mövqeyini dəstəkləyən
bəyanatlar səsləndirdilər.
Müraciəti imzalayanlar:
Lakin
aprelin 5-də tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunmasına
baxmayaraq erməni hərbi birləşmələri yenə də atəş xəttində yerləşən və dinc əhalinin
yaşadığı yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edirlər. Bundan hiddətlənən
bir qrup Fransa siyasətçiləri yenidən
Fransa prezidenti cənab Fransua Ollanda kollektiv müraciət ünvanlayıblar. Milli Məclisin üzvü, Azərbaycan-Fransa
dostluq qrupunun üzvü Cavanşir Feyziyev tərəfindən redaksiya təqdim
olunmuş müraciətin mətnini oxucularımıza çatdırırıq.
Cənab
Respublika Prezidenti,
Adətən,
iki tərəfin münaqişəsi zamanı, döyüşən tərəflərin ikisi də özünü təcavüzə məruz
qalan, münaqişə qurbanı kimi qələmə verməyə çalışırlar. Tarixi ağrı-acı ilə
dolu olan Ermənistannın siyasi gücü və mətbuat imkanları geniş olan bir
diasporaya malik olması o demək deyl ki, o haqlıdır. Müsəlman və həm də dünyəvi
ölkə olan Azərbaycanın isə zəngin neft ehtiyatlarının olması heç də onun
günahkar olamsına dəlalət etmir.
Tənbəllik
yaradan hazır mühakimələr və indiyədək formalaşmış təsəvvürlərdən kənara çıxmaq
və situasiyanı olduğu kimi görmək lazımdır. 2016-cı il aprelin 2-də qanlı təxribat
və görünməmiş zorakılıqların eskalasiyası nəticəsində Azərbaycan hökuməti beynəlxalq
səviyyədə tanınmış sərhədləri yaxınlığında yaşayan mülki əhalinin təhlükəsizliyini
təmin etmək məqsədi ilə zəruri tədbirlər görməli olmuşdur.
Bildiyiniz
kimi, bu münaqişənin həlli üçün fundamental əsaslar Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurası tərəfindən1993-cü ildə qəbul olunmuş 822, 853, 874 və 884
saylı qətnamələri və BMT Baş Assambleyasının 2008-ci ildə qəbul
olunmuş62/243saylı qətnaməsi ilə müəyyənləşdirilmişdir və bu qətnamələr işğalçı
erməni qoşunlarının dərhal, tam şəkildə, heç bir şərt qoymadan Azərbaycanın
işğal olunmuş ərazilərindən çıxmasını tələb edir.
Azərbaycan ərazilərinin
daimi işğalı səbəbindən təəsüflər olsun ki, bu müddəalara əməl edilmir. Belə
hesab edirik ki, beynəlxalq ictimaiyyət – xüsusilə də, ATƏT-in Fransanın da
daxil olduğu Minsk Qrupunun həmsədr ölkələri mütləq və təcili olaraq ən qısa
zamanda Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi üçün
hərəkətə keçməlidirlər.
Azərbaycanın
işğal olunmuş əraziləri barıt çəlləyini xatırladır, belə ki, Azərbaycan bu
günkü durumla razılaşmır, Ermənistan isə bütün təklifləri rədd edir və aprelin
5-də əldə edilmiş atəşkəsi pozur.
Ermənistanın
siyasətini müəyyənləşdirən Rusiya və ona dəstək verən İran durumun ciddiliyini
anlayaraq münaqişənin həlli yollarını arayırlar. Türkiyə də həmçinin öz səsini
eşitdirir. Münaqişənin beynəlxalqlaşdırılması onun bütün həll yollarını daha da
mürəkkəbləşdirəcək.
Durum
sadədir: beynəlxalq ictimaiyyətin əlində qəbul edilmiş qətnamələr və münaqişənin
həlli yollaını tapmaq tapşırığı almış Minsk Qrupu var. 25 ildir ki, davam edən
"status-kvo”ya son qoymaq lazımdır və buna görə də cənab Prezident, biz sizdən
xahiş edirik ki, Ermənistanı beynəlxalq hüququn müddəlarına əməl etməyə məcbur
edəsiniz. Eyni zamanda, Təhlüksəizlik Şurasının daimi üzvü kimi sizdən xahiş
edirik ki, onun bu təcavüzünün pislənməsinə nail olasınız.
Biz
onu da əlavə edirik ki, bu gün Dağlıq Qarabağ və ona bitişik ərazilərin
işğalına dəstək vermək sabah Krımın Rusiya tərəfindən işğalına dəstək verməklə
nəticələnəcəkdir. Beynəlxalq hüquq hər yerdə tətbiq olunmalıdır, çünki bu,
regional və beynəlxalq təhlükəsizlik üçün çox vacib şərtdir.
Vasitəçilərin
problemin həllini ləngitmələrinə son qoymaq lazımdır. Münaqişənin yenidən
alovlanmasının təsəvvür edilməsi mümkünsüzdür. Ona görə də cənab Respublika
Prezidenti, biz sizdən xahiş edirik ki, Minsk Qrupunun həmsədri və BMT Təhlükəsizlik
Şurasının daimi üzvü kimi tutuduğunuz vəzifəyə uyğun olaraq təcili tədbirlər
görəsiniz.
Müraciəti imzalayanlar:
Jan-Mari
Bokel (Jean-Marie Bockel), keçmiş nazir, Haut-Rhin bölgəsindən seçilmiş
senator
Raşida Dati (Rachida Dati), keçmiş nazir, Respublikaçıların Avropa Parlamentində deputatı
Natali Qule (Nathalie Goulet), Orne bölgəsindən seçilmiş UDİ Senatoru, Xarici İşlər
Komissiyasının sədr müavini
Andre Reyxard (André Reichardt), Bas-Rhin bölgəsindən seçilmiş senator, Avropa üzrə
İşlər Komissiyasının sədr müavini, Fransa-Qafqaz Dostluq Qrupunun
Azərbaycan
üzrə sədr vəzifəsinin icraçısı
Jan-Lük REİTSER (Jean-Luc REITZER), Haut-Rhin bölgəsindən seçilmiş deputat,
Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin sədr müavini
Silvi QOY-ŞAVAN (Sylvie GOY-CHAVENT), Ain bölgəsinin
Senatoru
Jerom Lamber (Jérôme LAMBERT), Charente bölgəsinin deputatı, Avropa İşləri üzrə
Komissiyanın sədr müavini
Jerom Binyon (Jérôme BIGNON), Somme bölgəsinin Senatoru
Jan Fransua MANSEL (Jean-François MANCEL), Oise bölgəsinin
deputatı
Kristian Nami (Christian NAMY), Meuse bölgəsininSenatoru
Qlobal.az