SON XƏBƏR

"Fransa Azərbaycanla sıx əlaqələr qurmağa önəm verir"

Oktyabr 22
10:53 2018
Azərbaycan kənd təsərrüfatı nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin SİAL Paris beynəlxalq ərzaq sərgisində iştirak etməsindən çox məmnun və razıyıq. Bu dünyada ən böyük və vacib sərgilərdən biridir.
 
Bu fikri SİAL Paris beynəlxalq ərzaq sərgisində Fransanın kənd təsərrüfatı naziri Didye Guiyom AZƏRTAC-a müsahibəsində söyləyib.

Bildirib ki, ölkəsi ərzaq təhlükəsizliyinin təmin olunmasında, kənd təsərrüfatı sisteminin müasirləşdirilməsində maraqlı olan bütün ölkələrlə, eləcə də Azərbaycanla sıx əlaqələr qurmağa önəm verir.

Fransalı nazir qeyd edib ki, ərzaq təhlükəsizliyi bu gün planetimizin bütün ölkələrini düşündürür. Kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı sistemini, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələri müasirləşdirmək lazımdır. Aqrar sahədə innovasiyaların tətbiqi, yeni texnologiyalardan istifadə çox vacibdir. Bu sahələrdə Fransa Azərbaycanla əməkdaşlıq edə bilər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook