SON XƏBƏR

"Formula 2"-də qalib bəlli oldu

Aprel 29
14:58 2018
Bakıda FIA "Formula 2" üzrə ikinci yarış başa çatıb.

Musavat.com xəbər verir ki, hava şəraiti küləkli olduğu üçün olduqca gərgin mübarizə keçib.

Yarışı 4 pilot erkən tərk etməli olub. Gərgin mübarizənin sonunda isə "Art Grand Prix” komandasının pilotu Corc Rassel Bakıda keçirilən "Formula 2” üzrə ikinci yarışın qalibi olub.

"Carlin”nin sürücüsü Serxio Sette Kamara ikinci, "Prema Powerteam”ın pilotu Nik de Vris isə üçüncü yeri tutub.

Qalibi Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev mükafatlandırıb.

Qeyd edək ki, aprelin 27-də Bakıda 2018 "Formula 1" dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran-Prisi başlayıb.

Bu gün Qran-Prinin qalibi məlum olacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook