SON XƏBƏR

"Formula-1"ə görə bağlanan yollar açıldı

Aprel 30
12:09 2019
"Formula-1" Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar yollara tətbiq edilən məhduddiyyət aradan qaldırılıb. Bunu nəzərə alaraq istiqaməti dəyişdirilən 17 müntəzəm marşrut xətti (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) üzrə avtobusların əvvəlki sxem əsasında fəaliyyət göstərmələri üçün iş aparılır.

Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, proses tədricən həyata keçirilir. Mayın 1-dən etibarən isə qeyd edilən xətlər üzrə avtobuslar sərnişinlərə tam olaraq əvvəlki sxem əsasında xidmət edəcək.

Eyni zamanda 5A adı altında fəaliyyət göstərən müvəqqəti marşrut xəttinin də fəaliyyətinə xitam veriləcək və "Lökbatan dairəsi” - "28 May” metro stansiyası istiqamətində sərnişinlərə 125 nömrəli avtobuslar xidmət edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook