SON XƏBƏR

“Fonda köməklik etməyə imkanım yoxdur“ - Elnarə Abdullayeva

Aprel 05
16:19 2020
"Heç bir sənətçi xeyriyyəçilik işlərinə mənim qədər pul xərcləyə bilməz".

Qlobal.az xəbər verir ki, Əməkdar artist Elnarə Abdullayevə karantin rejimində evdə ailəsi və uşaqlarıyla başını qatdığını bildirib.

Muğam ifaçısı Moderator.az-a açıqlamasında başqa vaxt da işi olmadıqda ancaq evdə olduğunu bildirib:

"Oturmuşuq evdə. Doğrusu, heç kimlə heç nə danışmıram, başımı ailə- uşaqla qatmışam. Hamını Allah yaradıb və bilirik ki, bu ərəfələri evdə oturmaq lazımdır. Kiminsə həkimlik işi varsa, müraciət etsin, işi olmayan isə evdə otursun. Ümumiyyətlə, başqa vaxt da bayırda bir işimiz yoxdursa, küçədə nə işimiz var?”.

Əməkdar artist bir çox həmkarlarından fərqli olaraq Koronavirusla Mübarizə Fonduna pul köçürməyə maddi imkanı olmadığını bildirib:

"Mən pulumu kifayət qədər Allah rızası üçün dövlətimə, millətimə xərcləmişəm, siz narahat olmayın. Doğulduğum kəndə su çəkdirmişəm. İndi əlavə pulum yoxdur, edə biləcəyimi etmişəm. Heç bir sənətçi xeyriyyəçilik işlərinə mənim qədər pul xərcləyə bilməz. Allah qismət eləsin, bir də edək. Dövlətimizə, millətimizə canımız fəda olsun, Allah onları qorusun, əmin-amanlıq olsun, pul qazanıb Allah yolunda xərcləyək”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook