SON XƏBƏR

Fond: Daha 12 qazi Türkiyəyə göndərilib

Aprel 22
03:10 2021
Ağır yaralanan daha 12 Vətən müharibəsi qazisi Türkiyəyə göndərilib.

"YAŞAT" Fondu xəbər verir ki, Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Qeyd edək ki, Türkiyəyə yeni göndərilən qazilərin adları bunlardır:

1.    Ələkbərov İlkin Elçin oğlu
2.    Atakişiyev Yusif Fariz oğlu
3.    Kazımov Kənan Çinar oğlu
4.    Eyvazov Səbuhi Rahim oğlu
5.    Seyfullayev Havil Səyədullah oğlu
6.    Osmanov Zamir Şakir oğlu
7.    Quliyev Şahmar Anar oğlu
8.    Abdullayev Pərvin Dövlət oğlu
9.     Əliyev Arzu Könül oğlu
10.    Məmmədkərimov Nicat Əfsun oğlu
11.    Musayev Bəhman Natiq oğlu 
12.    Hüseynov Ülvi Məsum oğlu

Xatırladaq ki, Fond tərəfindən bundan öncə 51 qazimiz müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 7-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook