SON XƏBƏR

"Fitch" Azərbaycanda dolların məzənnəsi ilə bağlı proqnoz hazırlayıb

Fevral 24
09:37 2017
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanda 2019-cu ilin sonuna qədər ABŞ dollarının orta məzənnəsinin 1,89 AZN/USD olacağını ehtimal edir.
 
"Report"un "Fitch" agentliyinə istinadən verdiyi xəbərə görə, hazırlanmış yeni hesabata əsasən, yaxın 3 ildə dünya bazarında "Brent" markalı neftin orta illik qiyməti ilə də bağlı proqnoz açıqlanıb. Proqnoza görə, Agentlik 2017-ci ildə neftin orta qiymətinin 45 dollar/barel, 2018-ci ildə 55 dollar/barel, 2019-cu ildə isə 60 dollar/barel olacağını gözləyir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook