SON XƏBƏR

Firdovsi Umudov Federasiyanın iclasına niyə çağırılmadı?

Dekabr 29
01:18 2020
Bu gün Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin rəhbərliyi ilə iclas keçirilib. 

Qlobal.az fanat.az-a istinadən xəbər verir ki, iclasda yığma komandaların baş məşqçiləri iştirak edib və qarşıdakı planlar müzakirə edilib. 

Maraqlıdır ki, federasiya rəhbərliyi həmin iclasa qurumun vitse-prezidenti Firdovsi Umudovu yenə çağırmayıb. 

Artıq ikinci dəfə bu cür hadisə baş verir. Belə ki, bir müddət öncə milli komandaya baş məşqçi təyin olunması ilə bağlı baş tutan təqdimat toplantısına da F.Umudov dəvət olunmamışdı. 

Halbuki, hər iki toplantıda həm federasiyanın rəhbəri, həm baş katib, həm də qrumun digər məsul şəxsləri iştirak ediblər.

Lakin 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilən və hazırda güləş federasiyasında vitse-prezident olan Umudovun iştirak etməməsi suallar ortaya çıxarıb. 

Məsələ ilə bağlı F.Umudovun və Azərbaycan Güləş Federasiyasının mövqeyini işıqlandırmağa hazırıq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook