SON XƏBƏR

Finlandiyalı müşahidəçilər qrupu: Prezident seçkiləri şəffaf və ədalətli şəkildə keçib

Aprel 13
13:00 2018
Azərbaycanda prezident seçkiləri beynəlxalq normalara uyğun, şəffaf və ədalətli şəkildə keçib.
 
Bu fikri prezident seçkilərini izləyən finlandiyalı müşahidəçilər qrupunun nümayəndəsi Yuha Korkeaoya missiyanın müşahidələrinin yekunlarına dair mətbuat konfransında deyib.
 
Finlandiyalı müşahidəçi qeyd edib ki, Azərbaycanda səsvermə prosesi qanunauyğun şəkildə aparılıb. Seçki məntəqələrinin yaxınlığında kampaniya aparılmadı.
 
Məntəqələrə sərbəst və məhdudiyyətsiz giriş var idi. Seçki prosesində heç bir kənar müdaxilə qeydə almadıq. Seçki prosesinin çoxsaylı müşahidə missiyaları tərəfindən izlənilməsi şəffaflığın artırılmasına öz töhfəsini verib. Müşahidəçilər seçki qutularına maneəsiz nəzarət edə bilirdilər.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook