SON XƏBƏR

FİFA prezidenti Dortmund hadisəsinə münasibət bildirdi

Aprel 12
16:35 2017
FİFA prezidenti Canni İnfantino ötən gün Almaniyada baş verən bomba partlayışı hadisəsinə münasibət bildirib. 

Sport7.az xəbər verir ki, qurum rəhbəri hazırda FİFA-nn hər bir işçisinin fikrinin Dortmund əhalisi və "Borussiya" ilə "Monako"nun azarkeşlərinin yanında olduğunu dilə gətirib. 

İnfantino hadisə zamanı yaralanan futbolçu Mark Bartra şəfa diləyib və vəziyyətini yaxından izlədiklərini deyib. 

Hazırda Dortmundda baş verən hadisə FİFA-da müzakirə olunur. 

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalında keçirilməli olan "Borussiya” – "Monako” matçı bu gün keçiriləcək. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook