SON XƏBƏR

FİFA prezidenti 2018-ci il dünya çempionatında tətbiq ediləcək yeniliyi açıqlayıb

Aprel 27
00:23 2017
Rusiyadakı 2018-ci il dünya çempionatında videotəkrar sistemindən istifadə olunacaq.
 
"Report"un məlumatına görə, bu barədə FİFA prezidenti Canni İnfantino açıqlama verib.
 
O, videotəkrardan yalnız müsbət fikirlər eşitdikləri üçün yararlanacaqlarını vurğulayıb. Bunadək İnfantino Konfederasiyalar Kubokunda da eyni yeniliyin tətbiq ediləcəyini söyləyib.
 
Qeyd edək ki, 2016-cı ilin martında iki illik sınaq müddəti kimi videoköməkdən istifadəyə icazə verilib. Bu sistemdən klublararası dünya çempionatı və İtaliya B Seriyasında yararlanıblar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook