SON XƏBƏR

FİFA "Neftçi"nin xeyrinə qərar verdi

Oktyabr 13
23:22 2015
Rusiyanın "Spartak” klubu 2014-cü ildə "Neftçi”-yə məktub ünvanlayaraq futbolçu Samir Məsimovun Moskva klubunda qeydiyyatda olduğunu əsas gətirmiş və oyunçunun "ağ-qaralar” ilə ilk peşəkar müqaviləsi olduğu üçün klubdan 42541 avro məbləğində təzminat tələb etmişdi.

Apasport.az saytının məlumatına görə, "Neftçi” moskvalıların bu istəyi ilə razılaşmamış, tələbi rədd etmişdi.
 
Belə olan halda isə ruslar FİFA qarşısında tələb olunan təzminatın "Neftçi” tərəfindən ödənməsi tələbi ilə vəsadət qaldırmışdı.
 
Uzun müddət davam edən prosesə "Neftçi” tərəfindən təcrübəli vəkil cəlb olunub və "Spartak” klubunun FİFA-ya ünvanladığı iddianın tərkibində əsassız məqamların yer aldığı aşkarlanıb.
 
Bu gün FİFA tərəfindən paytaxt klubuna daxil olmuş məktubda ali futbol qurumunun "Mübahisəli Məsələlərin Həlli” şurası proseslə bağlı "Neftçi” tərəfinin haqlı olduğunu və "Spartak” klubunun iddiasının rədd edildiyini bildirib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook