SON XƏBƏR

FİFA: Konfederasiyalar kubokunda videotəkrar texnologiyasından istifadə ediləcək

Mart 04
02:50 2017
FİFA növbəti dünya çempionatında videotəkrar texnologiyasından istifadə etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino açıqlama verib.

O, bildirib ki, ilk olaraq texnologiyadan Konfederasiyalar kubokunun oyunlarında istifadə etməyi planlaşdırırlar.

Qeyd edək ki, daha əvvəl İngiltərə Futbol Federasiyası ölkə kubokunun matçlarında bu vasitədən istifadə edəcəklərini açıqlamışdı.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook