SON XƏBƏR

FHN Ağsudakı yanğından görüntülər yaydı (VİDEO)

İyun 17
00:49 2020
Xəbər verildiyi kimi, iyunun 16-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı adlanan dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Qlobal.Az FHN-ə istinadən xəbər verir ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb edilib. Yanğın bəzi istiqamətlərdə nəzarətə götürülüb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook