SON XƏBƏR

FHN: "15 gün əvvəl «Sədərək» rəhbərliyinə xəbərdarlıq etmişdik"

Fevral 19
12:15 2020
Fevralın 18-də yanğın baş vermiş «Sədərək» Ticarət Mərkəzinin rəhbərliyinə obyektdə təhlükəsizliklə bağlı prblemlərin olması barədə 15 gün əvvəl xəbərdarlıq edilmişdi.

Bu barədə FED.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev bildirib.
Onun sözlərinə görə, Dövlət Yanğın Nəzarəti Xidməti bu ilin yanvarında ticarət mərkəzində yoxlama aparıb, pozuntular aşkar edib və onun nəticələri barədə «Sədərəy»in rəhərliyinə məluat verərək onlardan təhlüəsizliklə bağlı tələblərinə yerinə yetirməyi tələb edib. Eləcə də mərkəzdəki yanğın təhlükəsizliyi normalarının pozulmasına görə inzibati protokol tərtib edilib.

Yanvarın 19-də isə FHN bununla bağlı Bakı şəhəri və Qaradağ rayon icra hakimmyyətlərinə xəbərdarlıq məktubu göndərib.

Xəbərdarlıqara baxmayaraq tədbir görülməyib, nəticədə yanığ olub və iş adamları böyük zərərlə üzəşiblər.

E.Babayev FED.az-a bildirib ki, «Sədərək»dən başqa, Bakıda fəaliyyət göstərən bir sıra digər ticarət mərkəzlərinə də xəbərarlıq edilib və buradakı pozuntuların aralan qaldırılması tələb edilib, amma hələlik bu işlər görülməyib. Xəbərlarlıq edilən ticarət mərkəzləri «Xalqlar Dostluğu» və «Bakıxanov (Razin)» ticarət mərkəzləridir: «Onlara xəbərdarlıq etmişik ki, yanğın təhlükəsizli ilə bağlı pozuntular var, aradan qaodırsınlar, amma hələlik bui ş yerin yetirilməyib».

Ümumiyyətlə FHN rəsmisi bildirib ki, «Eurohome»dəki yanğından sonra nazirlik bütün iri ticarət mərkəzlərində yanğın təhlükəmizliyi ilə bağlı vəziyyəti araşdırıb və xəbərdarlıqlar edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook