SON XƏBƏR

Fətullah Gülən və 130 nəfər vətəndaşlıqdan çıxarılır

İyun 05
17:09 2017
Terror qrupu FETÖ-nün başçısı Fətullah Gülən və 130 nəfər Türkiyə vətəndaşlığından çıxarılır.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, FETÖ lideri Fətullan Gülən, HDP millətvəkili Faysal Sarıyıldız, Tuğba Hezer və keçmiş HDP millətvəkili Özdal Üçerin də daxil olduğu 130 nəfər 3 ay ərzində Türkiyəyə qayıtmasa, vətəndaşlıqdan məhrum ediləcəklər.
 
Dərc olunan 680 saylı qərarnaməyə əsasən xarici ölkələrdə yaşayan, "yurda dön" əmrinə əməl etməyənlər vətəndaşlıqdan çıxarılacaq. Qərarnamə məhkəmə tərəfindən də təsdiq edilsə, Türkiyə Böyük Millət Məclisində oxunacaq və qüvvəyə minəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook