SON XƏBƏR

"FETÖ 170 ölkədə fəaliyyət göstərir"

Noyabr 02
14:23 2016
"Afrika qitəsi ölkələri Fəthullahçı Terror Təşkilatına (FETÖ) qarşı çox diqqətli olmalıdırlar. Onlar dövlətə sızdıqdan sonra "çox gec oldu” deyə bilərsiniz”.
 
Azvision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə İstanbulda keçirilən Afrika-Türkiyə iqtisadi və iş formunda bildirib.
 
FETÖ-nün 170 ölkədə fəalliyət göstərdiyini açıqlayan Türkiyə prezidenti deyib ki, bu ölkələrdən xeyli hissəsi Afrikadadır: "Uzun illər leqal görüntülü quruluşlar adı altında təşkilatlanan, təhsil, humanitar yardım, dialoq kimi anlayışların arxasında gizlənərək dövlətin alt qatlarına sızan təşkilat 15 iyulda qanlı hərbi çevrilişə cəhd edib. Bu terror təşkilatının ən çox fəaliyyət göstərdiyi qitələrdən biri Afrikadır. Ona görə də Afrika qitəsi ölkələri bu terror təşkilatına qarşı çox həssas və diqqətli olmalıdır. Sabah onlar dövlətə sızdıqdan sonra "çox gec oldu” deyə bilərsiniz. Biz bu halı yaşadığımıza görə, sizə xəbərdarlıq edirik. Möhkəm olun və bu təşkilata qapılarınızı bağlayın. FETÖ ilə mübarizə hər birimizin ortaq mübarizəsidir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook