SON XƏBƏR

Fərman Salmanovun heykəli ucaldılacaq, 2 tələbəyə təqaüd veriləcək (SƏRƏNCAM)

İyul 09
17:54 2019
Prezident İlham Əliyev Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. 

Qlobal.az xəbər verir ki, sərəncam Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanovun xatirəsini əbədiləşdirmək məqsədilə imzalanıb. 

Sərəncama əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün "Fərman Salmanov adına təqaüd” təsis edilib. 

Şəmkir şəhərində Fərman Salmanovun heykəli ucaldılacaq. Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adı veriləcək. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook