SON XƏBƏR

Fellaini "Mançester Yunayted"dən gedir

Dekabr 25
13:24 2017
"Mançester Yunayted”in futbolçusu Maruan Fellaini komandadan ayrılmaq qərarına gəlib.
 
Qol.az-ın məlumatına görə, bu barədə "Daily Express” xəbər yayıb.
 
Bildirilir ki, "mankunianlar”ın yeni müqavilə şərtləri belçikalı yarımmüdafiəçini qane etməyib. Onun yanvar ayından digər klublarla danışıqlar aparacağı qeyd olunub.
 
2013-cü ildən "MY”də çıxış edən Fellaininin klubu ilə 2018-ci ilin iyun ayına qədər müqaviləsi var. Onun PSJ və Çin klubları yaxından maraqlanır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook