SON XƏBƏR

Fəhlə iclasda direktora zor tətbiq edib? - İDDİA

Yanvar 28
09:00 2019
Azərbaycanda fəhlə iclas zamanı vəzifəli şəxsə hücum edib.

Demokrat.az xəbər verir ki, hadisə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin zavodunda baş verib.

Belə ki, QSC-nin "Bibiheybət” Gəmi Təmiri Zavodunun direktoru Nəsib Qəhrəmanov xidməti otağında zavod kollektivi ilə müşavirə keçirən zaman orada fəhlə işləyən 40 yaşlı Elçin Qəmbərov otağa daxil olaraq müşavirəni pozub.

Məlumatda deyilir ki, o, direktora hücum edərək ona zor tətbiq edib.
 
E.Qəmbərov zavodun mühafizəçiləri tərəfindən saxlanılaraq polisə təqdim edilib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən məsələyə münasibət bildirilməyib. 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook