SON XƏBƏR

Federasiyadan Məmmədyarovun açıqlamasına münasibət: "Səhv edib"

Avqust 27
14:15 2018
Xəbər verdiyimiz kimi, ABŞ-ın Sent-Luis şəhərində "Sinquefield Cup" turnirində mübarizə aparan Azərbaycan şahmat millisinin üzvü, qrossmeyster Şəhriyar Məmmədyarov sponsorunun olmamasından şikayətlənib. 
 
Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı Yeniavaz.com saytı Azərbaycan Şahmat Federasiyasından münasibət öyrənməyə çalışıb. Federasiyanın vitse-prezidenti Faiq Həsənov hazırda qəbulda olduğundan telefonlara cavab verməyib. Federasiyanın nümayəndəsi Yaşar Məmmədov isə Şəhriyar Məmmədyarovun bu açıqlama ilə səhvə yol verdiyini bildirib:
 
"Bayaqdan hamı zəng vurur, o məlumat səhv gedib. Şəhriyar hazırda dünyada 2-ci ən güclü şahmatçıdır. Şəhriyar getdiyi bütün yarışlara onu dəvət edirlər, yol pulunu, otel pulunu da onlar ödəyirlər. Bir də əlavə olaraq sponsorları Şəhriyarın əlavə pulunu verirlər, onunla gedən məşqçinin də pulunu ödəyirlər, hər şeyi təşkil edirlər".

Yaşar müəllim Şəhriyarın bu açıqlamasının səhv olduğunu bildirib:
 
"İnsan səhv edə bilməz? Şəhriyar 2 il bundan əvvəl olimpiadada oynayanda böyük səhv elədi, adi bir gedişi görmədi, uduzdu. Deyirsiniz yəni səhv edə bilməz? Bu mümkün olan bir şey deyil ki, Şəhriyar "bu saat Azərbaycanda 1 nömrəli şahmatçıya sponsorluq eləmirlər" deyə. Ola bilər ki, kimsə onun əvəzindən yazıb, ya müsahibə verib. Mümkün deyil ki, Azərbaycanın bir nömrəli şahmatçısına sponsorluq olunmaya. Bəlkə kimsə girib Şəhriyarın feysbuk səhifəsinə elə bir şey yazıb? İnana bilmirəm ki, Şəhriyar belə bir açıqlama verə. Axşam yəqin onunla əlaqə saxlayacaqlar. Bir səhv edib də, yazıb. Bu məsələ ilə bağlı ən dəqiq açıqlamanı isə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov verəcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook