"Fəaliyyətimizi gücləndirəcəyik" - Ombudsman Səbinə Əliyeva
Dekabr 10
12:30
2019
"Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə seçildiyim zaman etdiyim çıxışda bildirdiyim kimi, yetkinlik yaşına çatmayan şəxslərin, gənclərin hüquqlarının daha səmərəli təmini istiqamətində fəaliyyətimizi daha da gücləndirəcəyik".
"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə deyib.