SON XƏBƏR

Fazil Mustafadan virtual toy təklifi: "Hesab açılsın..."

May 09
12:22 2020
Xəbər verdiyimiz kimi, bu gündən etibarən metro fəaliyyətə başladı. Mayın 11-dən sonra növbəti yumşalmada restoranların və şadlıq sarayların fəaliyyətinə icazə verilə bilərmi?

Qlobal.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, növbəti yumşalmalarda restoranların fəaliyyətinə icazə veriləcək:

 "... Düşünürəm ki, növbəti yumşalmada sərt tələblər qoymaqla restoranlar da açıla bilər. Hər masada 3-4 nəfərdən artıq oturmasına icazə verməmək şərti ilə restoranların fəaliyyətinə icazə verilə bilər. Hesab edirəm ki, restoranlarda maska taxıb nəsə yemək mümkün deyil. Amma bütün hallarda sanitar təhlükəsizlik qaydalarına riyaət edilməlidir. Hətta vaxt məhdudiyyəti də qoyula bilər. Hər halda bunu addım-addım etmək olar. 

Vətəndaşı da başa düşmək lazımdır. Yaz gəlib. İnsanlar psixoloji sarsıntılar içində qala bilməz. Amma əvvəlki kimi toyların keçirilməsinə icazə vermək düzgün olmazdı. Çünki bizdə toylar koronavirusun yayılma mənbəyi ola bilərdi. Ona görə də bu məsələdə risk etmək olmaz. Amma vətəndaş razılaşsa, toy məsələsi yüngülləşdirilə bilər. Belə ki, kiçik banket zallarında və ya sosial məsafə qorunmaqla 20-30 nəfərdən çox olmamaq şərti ilə toylara icazə verilə bilər. 

Hətta təklif edirəm ki, gəlin və bəyin adına hesab açılsın. Qohumlar və yaxınlar hansı tərəfə dəstək vermək istəyirsə, o hesaba pul köçürsünlər. Məcbur deyil ki, qohumlar o toyda iştirak etsin. Onlar virtual olaraq da toya qatıla bilər. Belə daha məqsədə uyğun olar. Koronavirus təhlükəsi aradan qaldırılandan sonra insanlar normal toylarını keçirə bilər".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook