SON XƏBƏR

Fazil Mustafa: “Heç sovet dövründə bu qədər xurafat, mövhumat təbliğ olunmurdu, amma İTV-də...”

Mart 06
15:05 2018
"Xaricdə dini təhsillə bağlı qaydaların tənzimlənməsi faydalıdır və dinin siyasətə alətinə çevrilməsinin qarşısı alınmalıdır”.
 
Deputat Fazil Mustafa bu fikri parlamentin iclasında söyləyib. O deyib ki, dövlətin büdcəsindən maliyyələşən İctimai Televiziyada təhsilli din adamları təbliğ olunmaqdansa, xurafat təbliğ olunur: "Heç sovet dövründə bu qədər xurafat, mövhumat təbliğ olunmurdu, amma İTV-də belə təbliğat aparıılır. Xüsusilə İTV-də belə bir təbliğatın aparılması olduqca zərərlidir. Xaricdə təhsil alanları, elm adamların təbliğ etmək əvəzinə, ziyarətgahları, nəzir verməyi təbliğ edirlər. Biz təzədən molla İbrahimxəlil kimyagərin yanına qayıdacağıqsa, yeni dövrə adaptasiya ola bilməyəcəyik. Mən bunu kəskin şəkildə qınayıram və hesab edirəm ki, bu sahədə "doza”nı aşağı salmaq olduqca vacibdir”.
 
Spiker deputatın fikirləri ilə razılaşdığını bildirdi. Qeyd etdi ki, növbəti qanunun müzakirəsi zamanı bu məsələyə qayıtmaq olar.

Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook