SON XƏBƏR

Fazil Məmmədovun bacısı oğlu nazirlikdən işdən çıxarıldı - Növbə kimindir?

Fevral 01
11:07 2018
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğlu Vergilər Nazirliyində tutduğu vəzifədən azad olunub.

Missiya.Az-ın əldə etdiyi məlumata görə, Elnur İsgəndərov öz ərizəsi ilə vəzifəsini tərk edib.

Qeyd eək ki, mayor (kiçik vergi xidməti müşaviri) rütbəsi verilən Elnur İsgəndərov, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində ddirektor müavini vəzifəsində çalışırdı. 

O, həmin vəzifəyə 2016-cı ilin iyun ayında sabiq Vergilər Naziri Fazil Məmmədov tərəfindən təyin edilmişdi. Elnur İsgəndərov Fazil Məmmədovun bacısı oğludur.

Xatırladaq ki, Fazil Məmmədov vəzifəsindən azad edildikdən sabiq nazirə yaxınlığı ilə seçilən şəxslər işdən çıxarılır. 
 
***
 
Qlobal.Az olaraq qeyd edək ki, Fazil Məmmədovun digər bacısı oğlu, hazırda "AtaBank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışan Dəyanət Quliyevin yaxın günlərdə İdarə Heyətindən uzaqlaşdırılacağı barədə məlumat yaymışdı. 
 
Qeyd edək ki, bir neçə gün əvvəl Dəyanət Quliyevin atası Namiq Quliyev də vəzifəsindən azad edildi. 
 
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.

2015-ci ilin fevralında ölkə başçısının sərəncamı ilə Vergilər Nazirliyinin 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi alanlar sırasında Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev də olub. Yerli mediada yazılanlara görə, uzun illər nəzarət-kassa aparatlarını ölkəyə Fazil Məmmədovun bacısı oğlu, hazırda "AtaBank" ASC-nin İdarə heyətinin sədri vəzifəsində çalışan Dəyanət Quliyevin sahib olduğu "CASPEL” MMC gətirib. Zorla və baha qiymətə sahibkarlara satılan nəzarət-kassa aparatlarından ümumilikdə 100 milyon manata qədər qazanc əldə edildiyi deyilir. 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook