SON XƏBƏR

Fatma Yıldırım kəndlərdə seçicilərlə görüşlərini davam etdirir - FOTO

Yanvar 19
23:18 2020
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırım təbliğat-təşviqat kampaniyasını davam etdirir. 
 
Qlobal.az xəbər verir ki, Fatma Yıldırımın seçicilərlə növbəti görüşü bu gün Bərdə rayonunun Qaraqoyunlu, Ərəblər, Bala Ərəblər, Həsənqaya, Saatlı, Qəhrəmanlı və Mirasəfli kəndində baş tutub. 
 
Fatma Yıldırım kənd sakinlərinin problem və qayğılarını dinləyərə bioqrafiyası və platforması barədə məlumat verib.
 
Sonda iştirak edən kənd ağsaqqalları, ziyalıları Fatma Yıldırıma dəstək nümayiş etdirəcəklərini bildiriblər. 
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook