SON XƏBƏR

Fatma Abdullazadə Fazil Məmmədovun 1 milyon dollarını alıb?

Dekabr 10
17:36 2017
Zaman-zaman məmurların bir-birinə borclu olması məsələsi gündəmə gəlib və mediada belə hallarla bağlı yazılar dərc olunub.

Qlobal.Az xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, bir-birinə borclular arasında Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin sabiq müdiri Fatma Abdullazadə ilə sabiq vergilər naziri Fazil Məmmədov var.
 
Belə ki, Abdullazadə PA-da işlədiyi vaxtlarda Fazil Məmmədovdan bir milyon dollar borc alıb və bu günə qədər də həmin borcu qaytarmadığı söylənilir. Hətta Fatma Abdullazadə vəzifəsindən uzaqlaşdırılandan sonra Fazil Məmmədov nazir olduğu vaxtlarda borcunu geri almağa cəhd etsə də, xanım şöbə müdiri "imkanım yoxdur” deyərək borcunu qaytarmaqdan imtina edib. Belə görünür ki, vəzifədən uzaqlaşdırılan Fatma Abdullazadədən borcunu geri ala bilməyəcəyini sabiq nazir artıq gözə alıb və məhkəməyə də müraciət etməyib.

Sayt adları borc məsələsində hallanan tərəflərlə əlaqə saxlayıb məsələni dəqiqləşdirməyə çalışsa da, telefonlara cavab verən olmayıb.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook