SON XƏBƏR

Faşist Almaniyası dövrünə aid 4 ton qızıl tapıldı

İyul 25
18:47 2017
Xəzinə axtarmaqla məşğul olan ingilis qrup 1939-cu ildə batırılan alman yükdaşıma gəmisinin qalıqlarını tapıb.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, II dünya müharibəsi dövründə Braziliyadan alınan və İslandiya yaxınlığında öz ekipaj üzvləri tərəfindən batırılan "SS Minden" adlı gəminin gövdəsi tapılıb. İslandiya höküməti ilə əlaqə saxlayan ingilis şirkət gəmidə olduğu deyilən 4 ton qızılı çıxaqmaq üçün icazə gözləyir.
 
Xəzinə axtaran qrup aprel ayında İslandiya hökümətindən icazə ala bilmədiyi üçün sahib təhlükəsizlik xidməti nümayəndələri tərəfindən saxlanılmışdı. 
 
Qeyd edək ki, gəminin batırılma səbəbi İngiltərənin qızıldan xəbər tutması olub. Bu barədə əmri Adolf Hitler verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook