SON XƏBƏR

Farida Amrani: Esson departamentində seçkilərinin nəticələri etibarsızdır

İyun 19
06:58 2017
Fransanın Esson departamentində Sosialist Partiyası ilə "Fəth edilməz Fransa” hərəkatının fəalları arasında qarşıdurma baş verib.
 
Ölkənin sabiq baş naziri, Sosialist Partiyasının namizədi Manuel Vals cüzi səs çoxluğu ilə qalib gəlsə də, "Fəth edilməz Fransa” hərəkatının namizədi Farida
Amrani seçkilərdə saxtakarlığa yol verildiyini, əslində onun qələbə qazandığını bəyan edib.
 
Manuel Vals Evri meriyasında qalib gəldiyini elan edərkən rəqib partiyanın fəallarının etirazı qarşısında polisin müdaxiləsi qaçılmaz olub.
 
Seçkilərin nəticələrinin etibarsız olduğunu bəyan edən Farida Amrani səslərin yenidən sayılması üçün sabah inzibati məhkəməyə müraciət edəcəklərini bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook