SON XƏBƏR

Fala baxıb işə adam düzəldən qadın məhkəmə zalında həbs edildi

Fevral 20
11:42 2017
Bakıda vətəndaşların falına baxaraq onları işə düzəldəcəyini vəd edən qadın məhkəmə zalında həbs edilib.
 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Esmira Muradovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.
 
Hökmə əsasən E.Muradova 7 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan E.Muradova məhkəmə zalında həbs edilib.
 
E.Muradova Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinir. O, Bakı sakinlərini fala baxmaq və işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirməkdə təqsirləndirilir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook