SON XƏBƏR

“Facebook” səsli paylaşım funksiyasını istifadəyə verməyə hazırlaşır

May 22
16:51 2018
"Facebook” sosial şəbəkəsi səsli paylaşım funksiyasını istifadəyə verib: indi istifadəçilər tərəfindən yazılacaq səsli mesajlar rəngli fonda səsləndiriləcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, şirkətin məlumatına görə, istifadəçilər mesajın fonuna adi şəkillərin dərcində olduğu kimi, stiker, smalik və şəkillər əlavə edə bilərlər. Bu funksiya ilk əvvəl Hindistan sakinləri üçün əlçatan olacaq, sonra başqa ölkələrin istifadəçiləri də bu funksiyadan yararlana biləcəklər.

Proqramçılar istifadəçinin mətni yığmağa vaxtı olmadıqda bu funksiyanın faydalı ola biləcəyi qənaətindədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook