SON XƏBƏR

“Facebook” Londondakı ofislərini koronavirusa görə bağladı

Mart 07
05:44 2020
"Facebook” cümə günü Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən ofislərini müvəqqəti bağlayıb.

Bu barədə "Report” "Sky News” telekanalına istinadən xəbər verir.

Bildirilir ki, üç min nəfərin işlədiyi ofislər işçilərin birində koronavirus aşkarlandığından sonra bağlanıb.

Qeyd edilir ki, koronavirusun aşkarlandığı işçi 24-26 fevralda Sinqapurda səfərdən sonra Londonda yerləşən ofislərin birində olub.

Ofislərdə gələn həftənin birinci gününə kimi dezinfeksiya tədbirləri həyata keçiriləcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook