SON XƏBƏR

“Facebook” jurnalistlərlə daha fəal əməkdaşlıq etməyə hazırlaşır

Yanvar 12
11:42 2017
Bu gün "Facebook” sosial şəbəkəsi şirkətin jurnalistlər və naşirlərlə daha sıx əməkdaşlığını nəzərdə tutan "Facebook Journalism Project” layihəsini istifadəyə verib.
 
"Report” xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilir.
 
"Biz məhsullar hazırlamaq üçün xəbər qurumları ilə əməkdaşlıq edəcəyik, jurnalistlərin ən yaxşı tərəfdaşı olmağı öyrənəcəyik və rəqəmsal dövrdə məlumatlı oxucu olmaq üçün insanlara ehtiyac duyduqları bilikləri onlara necə verməyi anlamaq üçün naşirlərlə işləyəcəyik. Layihənin bəyan edilən istiqamətləri arasında xəbər məhsullarının birgə hazırlanması, treninqlər və həm jurnalistlər, həm də bütün istifadəçilər üçün alətlər var”, – deyə şirkətin məlumatında qeyd olunur.

Layihənin istifadəyə verilməsi "Facebook”un saxta xəbərlərlə mübarizə proqramının bir hissəsidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook