SON XƏBƏR

"Facebook" istifadəçilərinin sayı 2 milyard nəfərə çatdı

İyun 29
06:06 2017
"Facebook" sosial şəbəkəsi istifadəçilərinin sayı 2 milyard nəfərə çatıb.

Qlobal.az-ın İKT.lent.az-a istinadən xəbərinə görə, bu barədə "Facebook"un qurucusu Mark Zukerberq özünün profilində məlumat verib.
 
Onun statusu aşağıdakı kimidir: "Bu səhər etibarilə "Facebook" istifadəçilərinin sayı 2 milyard nəfərə çatıb. Dünyanı birləşdirən bir irəliləyiş qeyd edirik və indi də dünyanı bir-birinə yaxınlaşdıraq. Bu səfərdə sizlərlə birlikdə olmaq bir qürurdur”.
 
Qeyd edək ki, "Facebook"un əsası 2004-cü ildə Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulub və dünyadakı ən böyük sosial şəbəkədir. İlk adı "The Facebook" olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook