SON XƏBƏR

Eynulla Fətullayevin saytından şok anons: Azərbaycanın yüksək vəzifəli məmurlarından kimlər müxalifəti maliyyələşdirir?

Yanvar 23
00:38 2017
Qlobal.az xəbər verir ki, Virtualaz.org saytının redaksiyasına bəzi yüksək vəzifəli Azərbaycan məmurları tərəfindən müxalifət KİV-inin, xüsusən də Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbu orqanı "Azadlıq" qəzetinin və onun eyni adlı saytının maliyyələşdirməsinə şahidlik edən sensasiyalı faktlar daxil olub.
 
Virtualaz.org nümayəndələri "Azadlıq" qəzetinin redaktoru Sücəddin Şərifovla görüşlər keçirən və danışıqlar aparan məmurların adlarını dəqiqləşdirib. Məlumata görə, yüksək vəzifəli məmurlar onların toxunulmazlığı və fəaliyyətlərinin tənqid olunmayacağı zəmanətinin qarşılığında S.Şərifova böyük məbləğdə pullar veriblər.
 
Məmurların S.Şərifova çatdırdıqları maliyyə vəsaiti sonradan Fransaya-"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə göndərilib.
 


Sücəddin Şərifov
 
Virtualaz.org-un təhqiqatlar bölməsi həmin məmurların fəaliyyəti, onların AXCP və "Azadlıq" qəzeti ilə qarşılıqlı əlaqələri ilə bağlı xüsusi araşdırmalara başlayıb. Bu araşdırmaların nəticələrini ən yaxın vaxtda oxuculara təqdim edəcəyik.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook