SON XƏBƏR

Çexiya XİN Rusiyaya vaxt verdi: Əks halda 60 rus diplomat ölkədən qovulacaq

Aprel 22
17:18 2021
Çexiya hökuməti Rusiya hakimiyyətinin Moskva vaxtı ilə saat 13:00-a qədər Çex diplomatlarının geri qayıtması ilə bağlı qərar vermədiyi təqdirdə, Rusiya diplomatik korpusunun 60 işçisini ölkədən çıxara bilər. 

Qlobal.az xəbər verir ki, bunu "Lidovye Novinı” qəzetinə verdiyi müsahibədə Çex xarici işlər naziri Jakub Kulqanek deyib.

Praqa Rusiya və Çex Respublikasında eyni sayda diplomatın qalmasına nail olunacağına ümid etdiyini bildirib. Eyni zamanda, respublika 2014-cü ildə Vrbetitsadakı silah-sursat anbarlarında baş verən partlayışlar mövzusunda Hollandiya və İngiltərə ilə danışıqlar aparır, - Kulqanek deyib.

Xatırladaq ki, Praqa Moskvanı partlayışlarda iştirak etməkdə günahlandırıb. Moskva ittihamları qəti şəkildə rədd edib. Diplomatik böhran davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook