SON XƏBƏR

Əvəz Zeynallı İstanbuldan yazdı: “Əks halda Oqtayı itirə bilərik...”

Noyabr 15
14:47 2019
"Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ağırdır”.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyədə olan jurnalist Əvəz Zeynallı sosial şəbəkədəki hesabında paylaşıb. 

"Oqtay bəyin səhhəti çox ağırdır. Bu gedişlə onu itirə bilərik. Ağciyərində problem yaranıb, Türkiyəyə gətiriləndən eyni vəziyyətdə saxlanılır. Oqtay bəyin təcili bu sahədə ən peşəkar həkimlərin olduğu ölkələrə aparılması, ya da o həkimlərin Oqtay bəyə baxması üçün İstanbula gətirilməsi lazımdır. Almaniya, İsrail və digər ölkələrdə yerləşən xəstəxanalar həmkarımıza və dostumuza kömək edə bilər. Oqtay bəyin yoldaşı da buna səsləyir hamını - dünyanın ən yaxşı həkimləri səfərbər olunmalıdırlar”, - jurnalist yazıb.

Firuzə Gülalıyeva həyat yoldaşının koma vəziyyətində olduğunu bildirib: 

"Digər tərəfdən, ağciyərinə düşmüş infeksiyanın aradan qaldırılması ilə də bağlı müalicə aparılır”. 

Amma F.Gülalıyeva hesab edir ki, O.Gülalıyevin daha ixtisaslı müalicəyə ehtiyacı var.

"Oqtayın müalicəsini davam etdirə bilmək üçün başqa ölkəyə də göndərilə bilər. Əgər bu, mümkün deyilsə, onun müalicəsinə neyroxirurqlar cəlb edilə bilər. Bizi hazırda ən çox onun koma vəziyyətindən çıxması maraqlandırır. Bu da daha ixtisaslı müalicə ola bilər. Odur ki, daha ixtisaslı müalicəyə ehtiyac var”, - F.Gülalıyevə AzadlıqRadiosuna belə söyləyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook