SON XƏBƏR

"EuroHome" yanır: hadisə yerinə helikopterlər cəlb olundu

Dekabr 10
10:22 2019
Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyində yanğınla bağlı "Çağırış 3" elan olunub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb edilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook