SON XƏBƏR

ETSN Bakıda qanunsuz ağac kəsən yol idarəsini məhkəməyə verdi

Noyabr 12
18:51 2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Nəsimi rayonu, K.Səfərəliyev küçəsi 23 ünvanında ağac kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda bir ağacın kəsilərək üstünün asfaltla örtüldüyü aşkar edilib.

Araşdırma zamanı ağacın Yol Təmir-Tikinti İdarəsi tərəfindən asfaltlama işləri aparılan zaman kəsildiyi məlum olub. Faktla bağlı protokol tərtib edilib. İdarənin hüquqi şəxs qismində cərimə edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Nəsimi rayon məhkəməsinə göndəriləcək.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook