SON XƏBƏR

Etimad İsmayılovun cəsədi morqa aparılıb (FOTO)

Sentyabr 20
09:50 2018
Xəbər verdiyimiz kimi, azərbaycanlı iş adamı, jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılov İstanbuldakı ofisində qətlə yetirilib.

Türk mətbuatı xəbər verir ki, Bakırköy ərazisində qətlə yetirilən iş adamının cəsədi gecə saatlarında Yenibosnadakı morqa aparılıb.

Qeyd edək ki, E.İsmayılov hücum zamanı başından 2, sinəsindən 1 güllə ilə yarası alıb. O, xəstəxanaya çatıdırlsa da həyatını xilas etmək mümkün olmayıb. Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan Gözəl Dəmirov və daha bir nəfər İstanbul Təhlükəsizlik və İctimai Asayiş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Türkiyə mediasında yer alan xəbərə görə, Etimad İsmayılov Gözəl Dəmirovla uzun müddətdir ki şərik imiş. Hadisə saat 21:00 radələrində meydana gəlib. İş adamı ofisində güllələnərək qətlə yetirilib.

Məlumatda qeyd edilir ki, Etimad İsmayılov və Gözəl Dəmirov şərikli inşaat və təşkilatçılıq işi ilə məşğul imişlər, aralarında borc məsələsi olub. Hadisədə tərəflər borc məsələsinə görə mübahisə edib. Mübahisə getdikcə böyüyüb və davaya çevrilib. Bu zaman Dəmirov silahını çıxardaraq şərikinə 3 dəfə atəş açıb. 

Son məlumata görə, Gözəl Dəmirov gecə saat 01:00 radələrində Beşiktaşda saxlanılıb. Cinayətdə istifadə olunan silah polis tərəfindən götürülüb. Hadisə ilə əlaqədar daha bir nəfər də polis tərəfindən saxlanılıb. Hazırda onlar polis idarəsində dindirilirlər.

Xatırladaq ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini, tanınmış jurnalist Sevil Nuriyevanın isə həyat yoldaşı idi. Cütlüyün İlyas adlı 4 yaşlı oğulları var.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook