SON XƏBƏR

Etimad İsmayılov Türkiyədə qətlə yetirildi - SON DƏQİQƏ

Sentyabr 20
00:55 2018
Azərbaycanlı iş adamı Etimad İsmayılov öldürülüb.

Qaynarinfo Türkiyə mətbuatına istinadla xəbər verir ki, iş adamı İstanbulun Florya məhəlləsində yerləşən ofisində silahlı hücuma məruz qalıb. O, ürəyindən bir və başından iki güllə yarası aldığından həyatını xilas etmək mümkün olmayıb.

Polis iş adamını öldürməkdə şübhəli bilinən azərbaycanlı Gözəl Dəmirovun axtarışına başlayıb.

Məlumat üçün bildirək ki, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznesi var. Dəmirovun "Fənərbaxça" klubunun sabiq prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.

Bir müddət əvvəl mətbuatda belə xəbərlər yayılmışdı ki, G. Gəmirova görə "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovu polis saxlayıb. Çünki G.Dəmirovun ona təşkil etdiyi silah gəzdirmə icazəsi saxta çıxıb.

Qeyd edək ki, mərhum Etimad İsmayılov Azərbaycan SSR Baş prokuroru və Azərbaycan Respublikasının ilk ədliyyə naziri, eks-millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.
 
Etimad İsmayılov həmçinin məşhur jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook