SON XƏBƏR

“Etik qaydaları pozan cəbhəçilər...“ - Seymur Həzidən açıqlama

Sentyabr 26
12:26 2019
Sosial şəbəkərlərdə etik davranış qaydalarını pozan AXCP üzvləri tənbeh ediləcək. "

Qlobal.Az xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Seymur Həzi bildirib. Onun yazdıqlarını təqdim edirik:
 
"Son vaxtlar tez-tez rastlaşdığımız sosial şəbəkələrdə etik davranış problemi bizi də narahat edir. Xüsusilə, şikayətlər cəbhəçilərdən olanda. Çıxış yolu kimi təklif var- Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəsmi nəzarət təftiş orqanının nümayəndəsi Murad Sultanov bu məsələni araşdırmağa birbaşa məsul şəxsdir. Üzvlərimiz hansısa etik normanı pozarsa, onu müvafiq dəlillərlə (foto, ekran şəkli- skrin və ya səslə) Murad bəyə təqdim edin. Bizim müvafiq qurum araşdırma aparıb, lazımı cəza və tənbeh tədbirlərini görəcək və sizə (baş vermiş olayın yerinə uyğun olaraq) şəxsi və ya içtimai qaydada məlumat verəcək. Göstərəcəyiniz köməyə görə öncədən təşəkkürlər.

Zəruri qeyd: bu məsələ bizim üzvlərə aiddir, tərəfdarlara deyil.Tərəfdarlarımızı cəzalandırmaq mexanizmi yoxdur - onlarla sadəcə, bizə rəğbətlərinə uyğun olaraq söhbət apara bilərik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook