SON XƏBƏR

Etibar Məmmədovun partiyası başsız qalıb

İyul 03
14:03 2017
AMİP-də qurultay keçirilməsindən və sədr seçilməsindən danışmağa dəyməz”.

Bunu Modern.az-a açıqlamasında AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib.

O bildirib ki, qurultayın keçirilməsi və sədrin seçilməsindən payızda danışmaq olar.

"Güman ki, payızda qurultay məsələsinə baxmaq olar. Amma hələlik konkret bir təşəbbüs də yoxdur. Qurultayın vaxtı müəyyənləşəndə namizədlər də öz iddialarını ortaya qoyacaqlar. İndi isə qeyri-müəyyənlikdir. Ona görə də hansısa namizəd məlum vaxta qədər kampaniya aparmalı, imza toplamalıdır. Qurultayın vaxtı müəyyənləşmədiyindən iddiaçı da yoxdu.
İkincisi, bizim müddəada namizədliklə bağlı iddia da yoxdu ki, qurultay çağırılmazdan əvvəl namizədlər istədikləri kimi hərəkət etsinlər. Ona görə də hər şey qurultayın vaxtının dəqiqləşməsindən asılıdır”.

Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Yusif Bağırzadə 2015-ci il oktyabrın 7-də partiya rəhbərliyindən və üzvlüyündən səhhəti ilə bağlı imtina etdiyini açıqlayıb. İki ildən artıqdır ki, AMİP sədrsiz qalıb. Yeni sədrin seçilməsi üçün isə daxili nizamnaməyə görə qurultay çağırılmalıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook