SON XƏBƏR

Estoniyanın tanınmış “Öhtuleht” qəzeti azərbaycanlı gəncdən yazdı

Sentyabr 11
16:11 2017
Estoniyada yaşayan həmyerlimiz Orxan Oktayın Estoniyada 2017-ci ildə baş tutacaq yerli orqanlara seçki kampaniyasında istirak edir. O, öz namizədliyini Tallin şəhərinin Lasname bölgəsindən irəli sürüb.

Bu barədə məlumatı diaspor hərəkatının fəallarından biri Elnur Eltürk verib.

Orxan Oktayın Estoniya Konservativ Xalq Partiyasından (EKRE) namizədliyini verib. O, ötən il Estoniya Milli Məclisinə seçkilərdə də namizədliyini irəli sürmüşdü və 124 səs toplamışdı.

28 yaşlı Orxan Oktayın Estoniyada doğulub. Valideynləri keçən əsrin 80-ci illərində Estoniyanın Tallin şəhərinə köçüblər. Namizəd Tallin Texniki Universitetinin beynəlxalq əlaqələr fakultəsini bitirib və magistr dərəcəsi var. O, əvvəllər Estoniya XİD-də xəbərlər monitorinqi və konsulluq sualları ilə məşğul olan şöbədə çalışıb.

Estoniyanın tanınmış "Öhtuleht” qəzeti Orxan Oktayınla müsahibə hazırlayıb:

http://www.ohtuleht.ee/827108/multikulti-ja-konservatiivsus-ekre-moodi-islamimaa-aser-seisab-eestluse-eest?utm_source=facebook



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook