SON XƏBƏR

Estoniya səfiri: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

Yanvar 11
12:52 2017
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz həmişə sabit olub. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və dəstəkləməkdə də davam edəcəyik".

Bunu "Report"a müsahibəsində Estoniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Marin Mıttus deyib.

Xanım diplomat belə münaqişələrin hərbi yolla həllinin olmadığını vurğulayıb: "Münaqişənin siyasi yolla həll ediləcəyinə ümidvarıq. Avropa İttifaqının xüsusi nümayəndəsi bu məsələ üzərində işləyir. Onun və ATƏT-in Minsk qrupunun səylərini mümkün qədər çox dəstəkləmək istəyirik. Hesab edirik ki, təmas xəttində vəziyyətin gərginləşməsi münaqişənin nizamlanmasına gətirib çıxarmayacaq".





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook