"Ərzaq təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur"
Sentyabr 29
12:23
2020
"Kənd Təsərüffatı Nazirliyi olaraq arxa cəbhədə fəaliyyətin düzgün qurulması məqsədi ilə bölgələrdə, xüsusən təmas xəttindəki yaşayış məntəqələrində monitorinq aparırıq. Eyni zamanda, məsuliyyətimizi dərk edərək arxa cəbhədə işlərin düzgün qurulması istiqamətində fəaliyyət göstəririk”.
"Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət barədə danışarkən deyib.